Xəzər Xəbər

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Gündəm | 18:03 • 22 İyun 2024
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri

İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti

Çox oxunanlar