Xəzər Xəbər

Qərbin Cənubi Qafqazdakı gündəliyi region ölkələrinin maraqlarna uyğun deyil Rusiya XİN

Gündəm | 09:04 • 20 İyun 2024
Qərbin Cənubi Qafqazdakı gündəliyi region ölkələrinin maraqlarna uyğun deyil

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən söyləyib.

“Region xaricində olanlar Cənubi Qafqaza öz planları ilə gedirlər ki, bu, yumşaq desək, heç də həmişə regional dövlətlərin maraqlarına uyğun gəlmir. Hesab edirik ki, bu, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək”, – Qaluzin bildirib.

Diplomatın fikrincə, bölgədə təhlükəsizliyin effektivliyini “müvafiq region dövlətlərinin səyləri ilə təmin etmək olar”.

“Biz inanırıq ki, regional təhlükəsizliyi ən səmərəli şəkildə müvafiq region dövlətlərinin səyləri ilə təmin etmək olar, biz həm təhlükəsizliyin təmin edilməsi, həm də Cənubi Qafqazda və digər regionlarda iqtisadi inteqrasiya baxımından regional məsuliyyətin tərəfdarıyıq”, – Qaluzin deyib.

Xəbər lenti