Xəzər Xəbər

Azərbaycanda sabiq deputat VƏFAT EDİB

Gündəm | 15:59 • 17 İyun 2024
Azərbaycanda sabiq deputat

Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov vəfat edib.

Bu barədə 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov məlumat verib.

Qeyd edək ki, o, 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 2000 - 2020-ci illərdə (dörd çağırış) Milli Məclisin deputatı olmuş M.Kazımov 1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışıb. Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. (report)

Xəbər lenti