Xəzər Xəbər

“Qafqaz Qartalı - 2024” birgə təlimi başa çatıb

Gündəm | 12:55 • 12 İyun 2024
“Qafqaz Qartalı - 2024” birgə təlimi

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” taktiki-xüsusi təlimi başa çatıb.

Xezerxeber.az xəběr verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

"Hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər. “Qafqaz Qartalı - 2024” təlimində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər", - məlumatda bildirilib.

Xəbər lenti

Çox oxunanlar