Xəzər Xəbər

Hərbi Polis İdarəsində təlim kursu KEÇİRİLDİ

Gündəm | 13:30 • 8 İyun 2024
Hərbi Polis İdarəsində təlim kursu

Müdafiə Nazirliyi ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu Bakıda Hərbi Polis İdarəsinin şəxsi heyətinin iştirakı ilə kurs keçib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kurs müddətində mobil təlim qrupunun təlimatçıları dinləyicilərə hərbi polis fəaliyyətinin NATO standartları çərçivəsində təşkili ilə bağlı ətraflı məlumat verib və digər mövzularda brifinqlər təqdim olunub.

Hərbi qulluqçular kurs müddətində sindikatlar üzrə müxtəlif tapşırıqlar icra ediblər.

Xəbər lenti