Xəzər Xəbər

Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı HƏLAK OLDU

Gündəm | 23:13 • 5 İyun 2024
Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı

Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda vurğulanır.

Allah rəhmət eləsin!

Xəbər lenti

Samuxda ZƏLZƏLƏ
15:00 • 20 Oktyabr 2024