Xəzər Xəbər

Bölgələrə prokuror təyinatları olub ƏMR

Gündəm | 16:36 • 4 İyun 2024
Bölgələrə prokuror təyinatları olub

Baş prokuror əmrlər imzalayıb

Baş prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib

Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib.

Cəbrayıl rayonuna da prokuror təyin olub.

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Xəbər lenti

Çox oxunanlar