Xəzər Xəbər

Qırğızıstan Parlamentinin sədri Azərbaycana səfərə gəlib

Gündəm | 23:09 • 3 İyun 2024
Qırğızıstan Parlamentinin sədri Azərbaycana səfərə gəlib

Qırğızıstan Parlamentinin (Joqorku Keneşinin) sədri Nurlanbek Şakievin başçılıq etdiyi nümayəndə heyəti iyunun 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Xezerxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qırğızıstan Parlamentinin sədri Nurlanbek Şakievi və nümayəndə heyətini Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Qırğızıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər lenti