Xəzər Xəbər

Ünvanlı sosial yardım paketi ilə əhatə olunanların sayı AÇIQLANDI

Gündəm | 12:30 • 3 İyun 2024
Ünvanlı sosial yardım paketi ilə əhatə olunanların sayı

Hazırda 270 minə yaxın şəxs ünvanlı sosial yardım paketi ilə əhatə olunub.

Xzerxeber.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, sosial yardımın əhatə dairəsi genişləndiriləcək.

“Muzdla işləməyən şəxslərdə sosial yardım proqramına müraciət edə biləcək.
Bundan sonra ünvanlı sosial yardım üçün müraciət zamanı ailəni təmsil edən şəxslərdən ailə üzvlərinə dair bir sıra məlumatların qeyd edilməsi tələb olunmayacaq”,- deyə o bildirib.

Sədr həmçinin, ailənin maddi-məişət şəraiti yoxlanarkən bir sıra məlumatların "Ərizə- bəyannamə"də düzgün qeyd olunmadığı müəyyən edildikdə, həmin məlumatlara düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanının yaradıldığını da vurğulayıb.

Xəbər lenti