Azad edilmiş əraziləri ötən gün gözlərimlə görmək imkanım oldu. Həqiqətən çox təsirləndim.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Erik Tollefsen deyib.
“Azərbaycan hökuməti, BMT İnkişaf Proqramının nümayəndələri mina problemini dərindən araşdırıblar. Biz mina probleminin inkişaf üçün nə dərəcədə əngəl törətdiyinə birbaşa şahid olduq. Minaların ətraf ərazilərdə məskunlaşmış insanlara necə təsir etdiyini gördük”, - deyə o əlavə edib.