Naxçıvan Muxtar Respublikasına yeni səhiyyə və təhsil nazirləri təyin edilib.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədr müavini Anar İbrahimov qərarlar imzalayıb.
Qərara əsasən, Samiq Asəf oğlu Sadıxov səhiyyə naziri, Elxan Nəcəfov isə təhsil naziri təyin ediliblər.
Qeyd edək ki, bu təyinatadək hər iki şəxs sözügedən vəzifələri müvəqqəti icra edirdilər.