Ermənistanla delimitasiya ilə bağlı əldə olunmuş yeni razılaşma və dörd kəndin Azərbaycana qaytarılması iki ölkə arasında normallaşma prosesinə müsbət təsir göstərib.
Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşün yekununa dair keçirilən birgə mətbuat konfransında deyib.