Xəzər Xəbər

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb

Gündəm | 18:50 • 29 May 2024
Azərbaycanın müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb.

Xezerxeber.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Çox oxunanlar