Xəzər Xəbər

Ceyhun Bayramov Pakistana səfər edib

Gündəm | 16:29 • 29 May 2024
Ceyhun Bayramov Pakistana səfər edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.

XİN-dən Xezerxeber.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti