Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə xalqı təbrik edib.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib:
"28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, ölkəmizə və xalqımıza rifah və daimi inkişaf arzulayırıq! Dövlətimiz əbədi olsun! Müstəqillik günümüz mübarək olsun!", - paylaşımda belə deyilir.