Mayın 27-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bu sahədə qazanılan beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib.
Serbiyalı nümayəndələr öz növbələrində CIMIC proqramının əhəmiyyətini qeyd edib və bu istiqamətdə görülən işlərdən danışıblar.
Görüşdə təqdim olunan brifinqlər ətrafında müzakirələr aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.