Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında Preferensial Ticarət Sazişinə dəyişikliklər edilməsinə dair Protokolu təsdiq edib.
Xezerxeber.az xəbər verir ki, müvafiq qərar şənbə günü, mayın 25-də Türkiyə hökumətinin rəsmi orqanı olan “Resmi Gazete” nəşrində dərc olunub.
Preferensial Sazişə daxil edilən malların siyahısının genişləndirilməsini nəzərdə tutan sənəd 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanıb və bu il fevralın 29-da Türkiyə parlamenti tərəfindən ratifikasiya edilib.