Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimtasiyası prosesindən danışıb.
Xezerxeber.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, proseslə bağlı yeni məlumatı bölüşüb.
Paşinyanın sözlərinə görə, problemin 60 faizi həll olunub: "Bu gün delimitasiya prosesi ilə biz Ermənistan dövlətçiliyinin yaradılması problemini 60% həll etmişik".
O, Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası üçün istifadə olunan SSRİ Baş Qərargahının 1976-cı ilə aid xəritəsini də göstərib. Paşinyan bildirib ki, 1976-cı ilə aid olan xəritə vaxtilə SSRİ-nin Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənib. O, həmçinin Tavuş istiqamətində delimitasiya zamanı ölkəsinin ərazi itkiləri ilə üzləşməsi barədə iddialarla razılaşmayıb.
"Mən bunu uğur adlandırardım. Çünki Ermənistan tarixində ilk dəfə olaraq sərhədlərini danışıqlar yolu ilə müəyyən edir və bununla suverenlik, dövlətçilik və gələcək inkişafın təməlini qoyur”, - Paşinyan deyib.