Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün prioritetdir.
Xezerxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O deyib ki, ölkəsi bu istiqamətdəki səylərin tərkib hissəsi olaraq nəqliyyat kommunikasiyalarının açılması üzrə plan hazırlayıb.
Qriqoryanın sözlərinə görə, bu addım bölgənin Avropa və Mərkəzi Asiyaya çıxış imkanlarını asanlaşdıracaq.