Xəzər Xəbər

Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə bir sıra məsələləri müzakirə edib

Gündəm | 09:10 • 17 May 2024
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə bir sıra məsələləri müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-yə səfəri çərçivəsində bu ölkənin dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata əsasən, görüşlər zamanı ikitərəfli münasibətlər, regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.

Xəbər lenti