Xəzər Xəbər

Əfv Komissiyasının növbəti iclası keçirilib

Gündəm | 17:55 • 15 May 2024
Əfv Komissiyasının növbəti

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.

İclasda 100-dən artıq müraciətə baxılıb.

Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.

Növbəti iclasın mayın 22-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.

Xəbər lenti

Çox oxunanlar