Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində sülh sazişi üzrə danışıqların keçirilməsini alqışlayır. Bu, Cənubi Qafqazda davamlı sülhə və firavanlığa nail olmaq üçün daha bir addımdır.
Xezerxeber.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
O, Qazaxıstanda üçtərəfli bəyanata uyğun təmasların vacibliyini qeyd edib: “Biz Qazaxıstanın bu istiqamətdə səylərini dəstəkləyirik və lazım gələrsə, tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırıq. Almatıdakı təmasların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanata uyğun olması vacibdir”.