Xəzər Xəbər

Ağdərədə xeyli silah-sursat aşkarlandı

Gündəm | 16:00 • 22 Aprel 2024
Ağdərədə xeyli silah-sursat

Ağdərədə çoxlu odlu silah aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları Ağdərə şəhər ərazisindən 2 avtomat, 2 tapança, 15 müxtəlif patron darağı, 2 dəbilqə, 2 canqoruyucu, 1 süngü bıçaq və 534 ədəd patron aşkar edərək götürüblər.

Araşdırma aparılır.

Xəbər lenti