Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinın yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, rəsmi Ankara razılaşmanın nəticələrini, o cümlədən dörd kəndin Azərbaycana qaytarılmasını müsbət qiymətləndirir.
Həmçinin vurğulanıb ki, Türkiyə iki ölkə arasında müzakirələrin davam etdirilməsi ilə bağlı razılığı məmnunluqla qarşılayır: "Biz Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılığı alqışlayırıq. Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır".