Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 17-18 aprel tarixlərində Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək.
Bu, 2023-cü ilin noyabrında iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Ermənistan tərəfindən ilk yüksək səviyyəli səfər olacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat katibi "X" hesabında bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Ararat Mirzoyan Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhanla görüşəcək.
Mirzoyanın digər şəxslərlə də görüşləri planlaşdırılır.