Xəzər Xəbər

Qazaxıstan Prezidenti: Azərbaycan-Ermənistan danışıqları üçün platforma təklif etməyə hazırıq

Gündəm | 12:11 • 15 Aprel 2024
Qazaxıstan Prezidenti: Azərbaycan-Ermənistan danışıqları üçün platforma təklif etməyə hazırıq

"Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır".

Xezerxeber.az xəbər verir ki, o, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Prezident deyib ki, Qazaxıstan İrəvan və Bakıya maksimum kömək göstərməyə və iki ölkə arasında danışıqlar üçün platforma təqdim etməklə, xoşməramlı missiyanı yerinə yetirməyə hazırdır: "Biz İrəvan və Bakının sülh sazişini imzalamaq istəyini alqışlayırıq. Əsas məqsədimiz bizə dost olan iki ölkənin mövqelərini bir araya gətirmək, regionda sabit və dinc inkişaf üçün kommunikasiyaların açılmasını təmin etməkdir". 

 

Xəbər lenti