Relyefin dağlıq və mürəkkəb şəraitli, havanın qarlı olmasına baxmayaraq, sərhədçilər dövlət sərhədinin etibarlı mühafizə və müdafiəsini həyata keçirirlər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində, əsasən çətin relyefli dağlıq ərazilərdə xidmət aparan hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və döyüş ruhu yüksəkdir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu gün sərhəddə və səngərdə xidmət aparan sərhədçilər qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını uğurla icra edərək Vətən keşiyində qürurla dayanmaqla dövlət sərhədlərinin toxunulmazlığını təmin edirlər.