Xəzər Xəbər

Rusiyadan Ermənistanın Azərbaycanla sərhədə qoşun yığmasına MÜNASİBƏT

Gündəm | 16:00 • 3 Aprel 2024
Rusiyadan Ermənistanın Azərbaycanla sərhədə qoşun yığmasına

“Biz Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətə qiymətimiz vermişik. KİV vasitəsi ilə tərəfləri gərginliyin de-eskalasiyasına çağırmışıq”.

Xezerxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Azərbaycanla sərhədə qoşun yığması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O, KİV-in bu məsələdə konstruktiv rol oynamasının vacib olduğunu söyləyib.

“Bakı ilə İrəvan arasında olan bütün ərazi mübahisələri və iddiaları istisnasız olaraq siyasi-diplomatik metodlarla, sərhədlərin delimitasiyası ilə bağlı ikitərəfli komissiya çərçivəsində həll olunmalıdır. Biz öz tərəfimizdən buna hər cür yardımı göstərməyə hazırıq. Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan arasında olan üçtərəfli mexanizmin ritmik işinin bərpasının zamanı çoxdan gəlib. Tərəfdaşları bu formatın bərpa etmək üçün siyasi iradə göstərməyə çağırırıq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar