Xəzər Xəbər

Azərbaycanda yeni hakimlər təyin olunacaq

Gündəm | 11:15 • 1 Aprel 2024
Azərbaycanda yeni hakimlər təyin olunacaq

Bəzi apelyasiya məhkəmə hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəməyə təyin olunacaq.

Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Bakı Apelyasiya məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı və Gəncə Apelyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Mixtarov Teyyub Asif oğlu Ali Məhkəməyə hakim təyin olunacaqlar.

Gəncə Apelyasiya Məhkəməsinin sədri də vəzifəsindən azad edilir.

Layihəyə əsasən, Gəncə Apelyasiya Məhkəməsinin hakimləri Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynzadə Afiq Hüseyn oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin ediləcək.

Qeyd edək ki, Hüseynov Mirbahəddin Mirdamət oğlu Gəncə Apelyasiya Məhkəməsinin sədridir.

Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Rza oğlu Quliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Lətifə Məhyəddin qızı Məmmədova da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək.

Bakı, Gəncə, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakim təyinatları ediləcək.

Bakı İnzibati Məhkəməsinin hakimləri Elvin Əliyev və Mehriban Qarayeva, Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyev, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimləri Günel Abbasova və Səadət Səlimova, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərov, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədov, Gəncə şəhər Məhkəməsinin hakimi (sədrin müavini) Tural Qocayev, Hacıqabul Rayon Məhkəməsinin sədri Zaur Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaqlar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudov, Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafa Mustafyev, Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əli Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin ediləcəklər. Ədil Məmmədov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunur.

Göygöl Rayon Məhkəməsinin hakimi Əyyub Kərimov, Qəbələ Rayon Məhkəməsinin hakimi Elman İsayev, Zaqatala Rayon Məhkəməsinin hakimi Tural Həsənov Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcəklər.

Füzulu Rayon Məhkəməsinin hakimi Yaşar Həşimov, Gəncə İnzibati Məhkəməsinin hakimi Fikrət Hüseynov, Masallı Rayon Məhkəməsinin hakimi Habil Bəhmənov, Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyev Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaqlar. Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin sədr müavini Zaur Allahyarov, Şirvan Apellyasiya Məhkəməsinin hakimləri İlkin Abdullayev və Məhəmməd Bağırov vəzifələrindən azad ediliblər.

 

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024