Azərbaycanın MDB məkanındakı Türk dövlətləri arasında COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etmək hüququ qazanan ilk dövlət olmasını alqışlayırıq.
Xezerxeber.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl “Azərbaycan” qəzetinə və APA-ya müsahibəsində deyib.
“Bu baxımdan bizim qlobal miqyasda iri ekoloji tədbirlərin keçirilməsində Azərbaycanın təcrübəsini öyrənmək üçün gözəl imkanımız var və lazımi yardımı göstərməyə hazırıq”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.