Müsəlmanları Fransanın bütövlüyünə təhlükə kimi göstərirlər.
Xezerxeber.az xəbər verir ki, bunu Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brün "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.
“Azərbaycanın İkinci Qarabağ Müharibəsini müsəlman-xristian müharibəsi kimi qələmə verdilər. Bu, çox böyük bir səhvdir. Azərbaycan dünyəvi dövlətdir. Dinlər arasında fərq qoymur”, - deyə o bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.