Martın 7-də Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.
Xezerxeber.az xəbər verir ki, Yasin Ekrem Serim əvvəlcə Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət edib.
Nazir müavini, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.