Xəzər Xəbər

Bilirdim ki, Ali Baş Komandan məni əsirlikdən xilas edəcək Ruslan Pənahov

Gündəm | 16:20 • 5 Mart 2024
Bilirdim ki, Ali Baş Komandan məni əsirlikdən xilas edəcək

Səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm.

Xezerxeber.az xəbər verir ki, bunu Ermənistandan Azərbaycana gətirilən əsgər Ruslan Pənahov hava limanında jurnalistlərə açıqlamasında deyib.

O, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Bilirdim ki, məni əsirlikdən xilas edəcək".

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı. Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirmişdi.

Pənahov Ruslan Eldəniz oğlu haqqında Ermənistan İstintaq Komitəsi tərəfindən "təxribata cəhd", "qanunsuz silah-sursat saxlama", "irqi və dini dözümsüzlük zəmnində adam öldürməyə cəhd" maddələri ilə cinayət işi açılsa da, sonradan İrəvan Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşma ilə azan hərbi qulluqçu Ruslan Pənahovun tez bir zamanda Azərbaycana təhvil verilməsinə qərar verib.

Xəbər lenti

Çox oxunanlar