Xəzər Xəbər

Birləşən bələdiyyələrin adlarının necə müəyyənləşəcəyi məlum olub

Gündəm | 14:00 • 5 Mart 2024
Birləşən bələdiyyələrin adlarının necə müəyyənləşəcəyi məlum olub

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanuna dəyişiklik edilir.

Xezerxeber.az xəbər verir ki, bu məsələ Milli Məclisin martın 5-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə görə, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdiriləcək.

Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024