Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərlə bağlı Baş Prokurorluq açıqlama yayıb.
Xezerxeber.az-ın bildirdiyinə görə, açıqlamada deyilir ki, bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb.
Qeyd edilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir: "Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik".
Prokurorluq bununla bağlı əlavə məlumatın veriləcəyini bildirib.