Böyük Britaniya kibertəhlükəsizliklə bağlı təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır.
Xezerxeber.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosasiyası ilə birgə ölkəmizdə təşkil olunan Böyük Britaniyanın Kibertəhlükəsizlik Sərgisində çıxışı zamanı deyib.
O bildirib ki, qonşu ölkələrlə müqayisədə Azərbaycan kibertəhlükəsizlik sahəsində daha öndədir:
“Azərbaycan yarana biləcək kiberhücumların qarşısını almaq üçün ən mütərəqqi üsullara əl atmalıdır”.