Xəzər Xəbər

Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirir AÇIQLAMA

Gündəm | 16:14 • 2 Mart 2024
Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirir

Türkiyə Ermənistanla normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirir. Əksini düşünmək belə mümkün deyil. Nəticə etibarilə bizim əsas məqsədimiz Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdırılmasına töhfə verməkdir. Qardaş ölkə olaraq bu baxımında çox səmimi fikir mübadilələri aparılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Türkiyə-Ermənistan normallaşma prosesi üzrə Türkiyə nümayəndəsi Serdar Kılıc bildirib.

Antalya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə qarşılıqlı əlaqələr” mövzusunda panel iclası xatırladan Serdar Kılıc deyib ki, bu panelin əsas məqsədi Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan arasında normallaşma məsələlərində irəliləyiş əldə etmək, bu prosesdə hansı mərhələdə olduğumuzu görmək, mövcud problemlər və bu problemlərin aradan qaldırılması istiqamətində atıla biləcək addımlarla bağlı fikir mübadiləsi aparmaq idi: “Fikrimcə, qismən də olsa buna nail olduq. Paneldə iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də, Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində əsas şəxslərdən olan Ruben Rubinyan da, panel iştirakçıları olaraq biz də bu barədə öz fikirlərimizi bildirdik. İclasda Avropa İttifaqının və Gürcüstanın da təmsilçiləri iştirak edirdilər. Onlar da bu məsələyə baxışlarını ifadə etdilər. Səmimi fikir mübadiləsi aparıldı, qarşılıqlı gələcək planlar diqqətə çatdırıldı”.

Xəbər lenti

Çox oxunanlar