Fransa hökuməti Korsikada gözlənilən aksiyadan narahat olaraq, xüsusi statusu olan adaya əlavə qüvvələr göndərir.
Xezerxeber.az-ın məlumatına görə, sabah Korsikada Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçiriləcək.
Təqdim edilən foto Parisdə "Şarl de Qoll" hava limanında çəkilib. Fotodan göründüyü kimi, xüsusi xidmət orqanlarının əməkdaşları təcili Korsikaya göndərilir.
Baş verənlərdən belə nəticə çıxarmaq olar ki, Fransa hökuməti təlaşa düşüb və Korsika ərazisinə əlavə qüvvələr səfərbər edir.
Qeyd edək ki, sabah "Nazione" hərəkatının liderlərindən birinin bir neçə il öncə həbsdə ona olan hücum nəticəsində ölümünün ildönümünə həsr edilən iclas keçiriləcək, ardınca isə etiraz aksiyası gözlənilir.