Xəzər Xəbər

Qarabağ Universitetində işləmək üçün İLK VAKANSİYA

Gündəm | 18:25 • 28 Fevral 2024
Qarabağ Universitetində işləmək üçün

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi martın 15-dir. Namizədlər ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilər.

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

Xəbər lenti

Çox oxunanlar