Xəzər Xəbər

Beş rayona prokuror təyin olunub

Gündəm | 12:46 • 28 Fevral 2024
Beş rayona prokuror təyin olunub

Baş prokuror Kamran Əliyevin müvafiq əmrlərinə əsasən 5 rayona prokuror təyin olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev və Qubadlı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Emil Kərimov həmin vəzifələrə təyin olunub.

 

Xəbər lenti

Çox oxunanlar