Xəzər Xəbər

Fərid Şəfiyev: Ermənistan dünyanın gözündə özünü qurban kimi qələmə verməyə çalışır

Gündəm | 13:48 • 28 Fevral 2024
Fərid Şəfiyev: Ermənistan dünyanın gözündə özünü qurban kimi qələmə verməyə çalışır

Azərbaycan dünyadan təcrid olunmayıb və bu barədə söhbət də gedə bilməz. Dövlətimiz sülh təşəbbüslərini davam etdirir və Cənubi Qafqazda sülhün təmin olunmasının tərəfdarıdır. Amma Ermənistanın ərazi iddiaları ilə bağlı fikirləri gündəmdən çıxmalıdır.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri "Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri” mövzusunda tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev səsləndirib.

BMTM-nin sədri bildirib ki, Ermənistanın ölkəmizə qarşı etdiklərinin müqabilində təzminat məsələsi həll olunmalıdır.

"Azərbaycan 4 beynəlxalq məhkəmədə bununla bağlı artıq iddia qaldırıb. Ermənistan təcavüzkar ölkə olduğu halda, Avropanın və dünyanın gözündə özünü qurban kimi qələmə verməyə çalışır", -deyə Fərid Şəfiyev vurğulayıb.

Xəbər lenti