Xocalı soyqırımı Ermənistanın sistemli etnik təmizləmə və soyqırımı siyasətinin bir hissəsi idi.
Xezerxeber.az xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb.
Nazirlik həmçinin Xocalı soyqırımına səbəb olan hadisələrin ardıcıllığını əks etdirən qrafiki də paylaşıb.
Xarici işlər naziri Ceyhun Bayramov isə paylaşımında qeyd edib ki, bu kütləvi qətli törədənlər cavab verməlidirlər.