“Azərbaycan torpaqları və bir parçası olan Qarabağ illərlə işğal atında qaldı, Xocalı başda olmaqla bir çox qətliam törədildi. Lakin Qərb dövlətləri və təşkilatları səsini çıxarmadı, hərəkətə keçmədi”.
Xezerxeber.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada mitinq zamanı bildirib.
O qeyd edib ki, bölgə ölkələrinin gücü onların birliyindən irəli gələ bilər. Ərdoğan, həmçinin BMT Təhlükəsizlik Şurasının heç bir təsir edici gücə malik olmadığını da vurğulayıb.