Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinin Elektron İnformasiya Sistemləri Məktəbi və Tədris Mərkəzində olublar.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Hərbçilər yaradılan şəraitlə tanış olublar. Onlara mövcud durum, həmçinin mərkəzdə görülən işlər barədə məlumat verilib.