Xəzər Xəbər

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi TƏYİN EDİLDİ

Gündəm | 11:45 • 23 Fevral 2024
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi

Sabiq Ədliyyə naziri Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Konstitusiyanın 130-cu maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir.

Fikrət Məmmədov 2000-ci ildən 2024-cü il fevralın 16-dək Ədliyyə naziri vəzifəsində çalışıb.

Xəbər lenti