Xəzər Xəbər

Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistana təqdim edilib

Gündəm | 17:33 • 22 Fevral 2024
Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistana

Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistana təqdim edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib.

Nazir bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğumuzu diqqətə çatdırıb.

Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb.

Xəbər lenti

Çox oxunanlar