Xəzər Xəbər

Ermənistanın Baş Prokurorluğu Kamil Zeynallının saxlanılması barədə rəsmi məlumata sahib olmadığını DEYİB

Gündəm | 11:53 • 21 Fevral 2024
Ermənistanın Baş Prokurorluğu Kamil Zeynallının saxlanılması barədə rəsmi məlumata sahib olmadığını

“Ermənistanın Baş Prokurorluğu azərbaycanlı məşqçi Kamil Zeynallının Rusiyada ölkənin sorğusu əsasında saxlanılması barədə rəsmi məlumata sahib deyil”​.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb.

Zeynallı saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onun Ermənistanın tələbi ilə saxlanılmasını təsdiq edib.

Xəbər lenti

Çox oxunanlar