Xəzər Xəbər

Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi parlamentin plenar iclasına tövsiyə edilib

Gündəm | 12:23 • 20 Fevral 2024
Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi parlamentin plenar iclasına tövsiyə edilib

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.

Xezerxeber.az-ın xəbərinə görə, iclasda aəağıdakə məsələlər müzakirəyə çıxarılıb:

- Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında.

- “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

- “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Müzakirələrdən sonra qeyd edilən məsələlər parlamentin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti

Çox oxunanlar