Fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulun görüşü olub.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.
Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.