Xəzər Xəbər

Səfir Zəngəzur dəhlizindən DANIŞDI

Gündəm | 17:10 • 16 Fevral 2024
Səfir Zəngəzur dəhlizindən

"Qlobal mexanizmlər nə Qarabağda, nə Fələstində, nə də Şimali Kiprdə ədaləti bərpa edə bilib".

Xezerxeber.az bildirir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə deyib.

"Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir. Yeni reallıq ondan ibarətdir ki, qlobal miqyasda etibar sarsılıb, qlobal aktorlar regional məsələlərə öz məcralarından baxırlar. Qlobal idarəetmə sistemi reformasiya edilməlidir. Qlobal mexanizmlər problemlərin həlli istiqamətində lazımi avadanlıqlara sahib deyillər. Tarixə baxanda da görürük ki, qlobal mexanizmlər nə Qarabağda, nə Fələstində, nə də Şimali Kiprdə ədaləti bərpa edə bilib. Mövcud olduğumuz region bizə rəqabətdən daha çox əməkdaşlığa meyil etməli olduğumuzu göstərir", - deyə səfir qeyd edib.

Cahit Bağçı vurğulayıb ki, Türkiyə Cənubi Qafqazda, Fələstin və Ukraynada da daimi sülhün bərqərar edilməsi üçün əlindən gələni edir:

"Xəzər keçidli Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir. Bölgədə təşkil ediləcək sülhün böyük işlərin görülməsinə zəmin yaradacağına əminik. Zəngəzur dəhlizinin regional əlaqələri inkişaf etdirəcəyinə inanırıq".

Xəbər lenti